Mingəçevir Su Anbarı

“Mingəçevir Su Anbarı və Elektrik Stansiyası”nın Perimetr üzrə mühafizəsi
2007-ci ildən fəaliyyət göstərən "Safe Life" MMC yanğınsöndürmə texnikası məhsulunun istehsalı və satışını, yanğın siqnalizasiyasının və qazlı yanğın söndürmə sistemlərinin, kamera-nəzarət sistemlərinin yanğından muhafizə sistemlərinin və vasitələrinin quraşdırılmasını, parkinq sistemlərin quraşdırılmasını, texniki baxışını və təmirini, yaşayış və dövlət binalarının, kommersiya obyektlərinin həmin avadanlıqlar və sistemlər vasitəsilə təchiz edilməsini, perimetr üzrə mühafizənin təşkilini həyata keçirir.

“Safe Life” şirkətinin reallaşdırdığı son layihələrdən biri “ Mingəçevir Su Anbarı və Elektrik Stansiyasının” perimetr üzrə mühafizəsinin təmin olunması layihəsidir. Layihənin icrasında innovativ texnologiyalardan istifadə olunmaqla, təhlükəsizliyin təmini üzrə bir neçə sistem tətbiq olunmuşdur. Mingəçevir su elektrik stansiyasında təhlükəsizliyin təmin olunması çox mühüm milli təhlükəsizlik məsələsidir. Onun kənar müdaxilələrdən qorunması üçün ən müasir avadanlıqlardan istifadə olunaraq mükəmməl bir təhlükəsizlik sistemi qurulub. Bu təhlükəsizlik sistemi stansiyanın perimetrini, su bəndini və xüsusi əhəmiyyətli 3 mühəndis qurğusunu mühafizə altına alır.

Stansiyanın 4 nəzarət buraxılış məntəqəsində avtomobilin nömrəsini və sürücünün üz cizgilərini identifikasiya edən sistemlər quraşdırılıb. Buraxılış məntəqəsinə daxil olan şəxs feys-kontrol sistemindən keçir. Üz cizgilərinin identifikasiyası aparılır, xüsusi plastik kartı turniketə yaxınlaşdıraraq keçidə icazə alır. Daha sonra şəxsin əl çantası və başqa kiçik ölçülü əşyaları rentgeno televizyonlu introskopda yoxlanılır. Dörd buraxılış məntəqəsinin hər biri vahid mərkəzdən idarə olunur. Nəzarət Buraxılış Məntəqəsinin ikinci mərtəbəsində yerləşən Monitorinq otağında obyektə perimetr boyunca nəzarət edilir.

Təhlükəsizlik sisteminin ən mühüm elementi isə çəpərlərdir. Çəpərləmə sistemi iki hüduddan ibarətdir. Birinci çəpər tikanlı məftillə təchiz edilib ki, onu keçmək və üstündən atlanmaq mümkün olmasın. İkinci çəpərin üzərində yüksək həssaslığa malik, vibrasiya-titrəyişlə işləyən mühafizə detektorları quraşdırılıb. Bu detektorların köməyi ilə çəpərə olan hər hansı müdaxilə-toxunuş haqda məlumat dərhal mərkəzə ötürülür və aşkar olunur. Bundan əlavə birinci və ikinci çəpərlər arasındakı dəhlizdə radio-dalğalı hərəkət detektorları quraşdırılıb. Birinci çəpəri aşmış canlı artıq ikinci çəpərə yaxınlaşana qədər mikro dalğalı məkana daxil olur və hələ ikinci çəpərə çatmamış artıq kənar müdaxilənin haradan olması mərkəzdəki nəzarətçinin monitorunda görünür.

Təhlükəsizlik sistemində ən mühüm elementlərdən biri sərhəd boyunca quraşdırılmış dayaqlardır. Bu dayaqlarda müxtəlif funksiyalı nəzarət və xəbərdar edici avadanlıqlar quraşdırılıb: Teplizor kamerası, 360 dərəcə fırlanaraq müşahidə kamerası, Statik kamera, Meteostansiyalar, Səsucaldanlar və Projektorlar. Bütün təhlükəsizlik sistemində ən mühüm element mini “Radiolokasiya” stansiyasıdır. Bu sistem ən çətin hava şəraitində müşahidəyə imkan verir. Bu sistem dəniz üzərində 25 metrlik yüksəklikdə qurulduqda 1200 tonluq obyekti 23 dəniz mili, 400 tonluq obbyekti 16 dəniz mili, 4.5 tonluq kiçik obyektləri 3 dəniz mili məsafədən müəyyənləşdirə bilir. Bu sistem mürəkkəb hava şəraitlərində axtarış xilasetmə işlərində də naviqasiyanın təhlükəsizliyini təmin edir. Obyektə hər hansı bir kənar müdaxilə olarsa bu sistemin vasitəsi ilə bütün məlumat mərkəzə ötürülür və müdaxilənin qarşısını almaq üçün həyəcan siqnalı verilir.