Ceyranbatan Su Anbarı

ceyranbatan su anbariBakı və Sumqayıt şəhərlərində içməli və texniki suya tələbatın kəskin artması ilə əlaqədar olaraq 1955-ci ildə yaradılmışdır. Su anbarının su tutumu 186 mln m³, faydalı həcmi 150 mln. m³-dir. Anbarın uzunluğu 8,74 km, maksimum eni 2,15 km, sahil xəttinin uzunluğu 23,3 km, maksimum dərinliyi 28,5 metr təşkil edir. Xüsusi əhəmiyyətə malik olan bu obyektdə Safe Life şirkəti aşağıdakı xidmətləri yerinə yetirmişdir: perimetr üzrə mühafizə sistemi, video nəzarət sistemi, səsləndirmə sistemi, fasiləsiz enerji təminatı sistemi, girişə nəzarət sistemləri, ünvanlı yanğın siqnalizasiyası, avtomatik qazlı söndürmə, RLS və postların tikintisi.