MSA


msa

“MSA” şirkəti - fərdi müdafiə vasitələri və ətraf mühitdə qazların konsentrasiyasına nəzarət sistemlərinin hazırlanması, istehsalı və satışı üzrə aparıcı dünya şirkətlərindən biridir. Ən sadədən başlamış ən yüksək texnoloji müdafiə vasitələrinədək olan çox geniş məhsul çeşidi personalın, avadanlığın və ətraf mühitin mühafizəsini təmin edəcəkdir. “MSA” şirkətinin istehsalının əsasında “inteqrə edilmiş sistem” ideyası durur ki, bununla da müxtəlif təyinatlı müdafiə vasitələrinin bir-biri ilə uyğunluğu təmin edilir.

“MSA” şirkətinin məqsədi – insanların təhlükəsizliyinin təminatı üçün keyfiyyətli məhsullar, texnologiyalar və xidmətlər təklif edərək novatorlar arasında ən yaxşılarından olmaqdır. “MSA” bütün mümkün sahələrdə təhlükəsizlik həlləri təqdim edir. Bu həllər sırasında nəfəs orqanlarının müdafiəsi də daxil olmaqla, fərdi müdafiə vasitələrindən tutmuş qazölçən texnikaya qədər müxtəlif vasitələr yer almışdır. Onillər boyunca yanğınsöndürmə briqadaları da, kiçik və orta müəssisələr də və yaxud ağır sənaye müəssisələri də “MSA”-nın müəyyən etdiyi ən yüksək təhlükəsizlik standartlarından faydalanırlar.

Hal-hazırda “MSA” aşağıdakı əsas istiqamətlər üzrə kompleks həllər təqdim edir: fərdi müdafiə vasitələri; nəfəs yollarının müdafiəsi vasitələri; başın, bədənin və sifətin müdafiəsi vasitələri; gözlərin və eşitmə orqanlarının müdafiəsi vasitələri; yanğınəleyhinə və xilasedici avadanlıq və qaz sızmalarını müəyyən etmək üçün qazölçən texnika.
Sənayenin bütün aparıcı sahələrində “MSA” şirkətinin məhsullarından istifadə edilir. Avtomobilqayırma, neft-kimya, farmasevtika və elektron sənayesində, sutəmizləmə və qəza xidmətlərinin işində - “MSA” daim ən yüksək təhlükəsizlik standartlarını təmin edir.

“MSA” şirkəti professional şəkildə regional və milli tələbatları təhlil edərək yeni təhlükəsizlik standartları təyin edən məhsullar hazırlaya da bilər. “MSA” öz sifarişçilərini tam razı salmağa və onların gözləntilərindən də artığını etməyə can atır.