Email göndərə bilərsiniz
-
-
Bizimlə əlaqə saxlayın
+994 12 514 43 45
Email göndərə bilərsiniz
Bizimlə əlaqə saxlayın
Yanğın Təhlükəsizliyi
11 Aug 2026
Yanğın zamanı insan həyatı üçün ən böyük təhlükə aıov deyil, zəhərli tüstü və boğucu qazlardır. Statistikaya əsasən, yanğında xəsarət alanların 80%-dən çoxu tüstüdən zəhərlənir. Müasir binalarda mərkəzi tüstü təxliyyə sistemləri (Smoke Extraction Systems) təhlükəsizlik altyapısının təməl daşıdır.
Mərkəzi tüstü təxliyyə sistemi yanğın zamanı zəhərli qazları binadan avtomatik çıxaran və təxliyyə yollarına (pilləkənlərə, koridorlara) təmiz hava vuran mühəndislik həllidir. Yanğın siqnalizasiyası aktivləşdikdə:
Yanğın zonasındakı tüstü klapanları açılır.
Yüksək temperatura davamlı ventilyatorlar tüstünü xaricə sovurur.
Təxliyyə pilləkənlərinə təmiz hava vurularaq yüksək təzyiq yaradılır və tüstünün qaçış yollarına sızması əngəllənir.
Görmə Məsafəsini Qoruyur: İnsanların çıxış qapılarını görməsini təmin edir.
Zəhərlənmənin Qarşısını Alır: Karbon-monoksid konsentrasiyasını azaldaraq təhlükəsiz evakuasiya üçün vaxt qazandırır.
Xilasetməyə Şərait Yaradır: Yanğınsöndürənlərin binaya daxil olmasını asanlaşdırır.
Binanı Qoruyur: Yüksək temperaturun beton və metal konstruksiyaları çökdürmə riskini azaldır.
Safe Life olaraq, obyektləriniz üçün beynəlxalq standartlara uygun tüstü təxliyyə sistemlərinin layihələndirilməsini və quraşdırılmasını həyata keçiririk.
Ünvan
Binəqədi r-nu, Z. Bünyadov pr. 43 Azərbaycan, Bakı AZ1069
Telefon
+994 12 514 43 45
Şərhlər(00)
Hələ təsdiqlənmiş şərh yoxdur.