Mühafizə-yanğın siqnalizasiyası

Xidmətlər

Yüksək həssaslıqlı elektron mühafizə və yanğın siqnalizasiya sistemlərinin kompleks təşkil edirik

Mühafizə-yanğın siqnalizasiyası yaşadığımız mürəkkəb və həm də gözlənilməz hadisələrlə dolu olan dünyamızda şəhərkənarı bağ evindən başlamış iri müəssisəyə qədər hər bir obyektin ən zəruri atributlarından birinə çevrilmişdir. Müasir optikanın və elektronikanın nailiyyətləri canlı gözətçinin demək olar ki, bütün funksiyalarını böyük müvəffəqiyyətlə yerinə yetirərək, fiziki mühafizənin işini sadəcə olaraq effektsiz edir. Texniki sistemlər sürətlidirlər, yuxuya ehtiyacları yoxdur və ən əsası da etibarlıdırlar – onları hər hansı bir yolla ələ almaq mümkün deyil. Bu sistemlərdə keyfiyyətli elementlərdən istifadə olunduqda və düzgün qulluq edildikdə onlar xarab olmadan onilliklər boyunca istismar edilə bilərlər.


“Safe Life” şirkətinin mühafizə siqnalizasiyasında daha çox tətbiq etdiyi infraqırmızı hərəkət xəbərdaredici cihazların həssaslığı, pişik gözünün həssalığını artıq 60% üstələyir. Şüşə detektorunun spektral həssaslığı isə o dərəcədədir ki, hətta bir şkaf boşqabın sınmasının səsi fonunda, almazla kəsilən şüşənin səsini ayırmaq mümkündür. Elə yanğın-tüstü xəbərdarediciləri və optik alov registratorları da mükəmməllikdə geri qalmırlar. Lakin müasir rəqəmsal həyatımızda ən başlıca məsələ - sürətlilik və işlənən informasiyanın həcmidir.