Bakı İdman Sarayı - project image
  • Müştəri:

    Bakı İdman Sarayı

  • Kateqoriya:

    Proyektlər

  • Tarix:

    Oct 10, 2020

Bakı İdman Sarayı

4
Proyekt haqqında

1974-cü ildə inşa edilən Bakı İdman Sarayı (2015-ci ilə qədər Əl Oyunları Sarayı) 3 mərtəbədən ibarətdir. Ümumi sahəsi 32 000 m², tamaşaçı tutumu isə 1736 nəfərdir.

1974-cü ildə inşa edilən Bakı İdman Sarayı (2015-ci ilə qədər Əl Oyunları Sarayı) 3 mərtəbədən ibarətdir. Ümumi sahəsi 32 000 m², tamaşaçı tutumu isə 1736 nəfərdir. Əsaslı təmirdən sonra binada dopinq-nəzarət otağı, tamaşaçılar, idmançılar və mətbuat nümayəndələri üçün müasir fud-kortlar (iaşə zonaları) və digər zəruri yardımçı bölmələr yaradılmışdır.

Binanın daxilində 6 lift şaxtası inşa edilərək müasir lift sistemləri quraşdırılmışdır. Kompleksdə fiziki imkanları məhdud olan tamaşaçıların və paralimpiyaçı idmançıların binanın bütün sahələrindən rahat və maneəsiz istifadə edə bilməsi üçün tam infrastruktur qurulmuşdur.

Layihə çərçivəsində tətbiq olunan sistemlər: Bina müasir təhlükəsizlik və idarəetmə texnologiyaları ilə tam təchiz olunmuşdur. Bura Bina İdarəetmə Sistemi (BMS), Avtomatik Yanğınsöndürmə və Yanğın Siqnalizasiyası sistemləri, həmçinin kompleks Təhlükəsizlik Sistemləri daxildir.

Layihəniz var?

Pulsuz məsləhət alın

Bizə yazın